KANAL24.AZ
Az Iw En Ru

ADNSU-nun rektoru təhsillərini xaricdə davam etdirəcək tələbələrlə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ADNSU BƏŞ, Erasmus+ BKM proqramı çərçivəsində payız semestrində təhsillərini Böyük Britaniyanın “Leicester” Universitetində, eləcə də Türkiyənin Orta Doğu Texnik Universitetində davam etdirəcək tələbələrlə görüşüb.

ADNSU-dan bildiriblər ki, görüşdə professor M.Babanlı universitetin tələbələrinin Böyük Britaniya və Türkiyə ilə yanaşı, dünyanın digər ölkələrində də təhsillərini davam etdirdiklərini diqqətə çatdırıb. Rektor ADNSU-nun dünya universitetləri sırasında layiqli yerini tutacağına əminliyini bildirib, tələbələrə uğurlar arzulayıb.


06:27 06.07.2016
Xəbər lenti
Bütün xəbərlər