KANAL24.AZ
Az Iw En Ru

Ölkəmizdə qəbul imtahanı keçirilir

İmtahanda ümumilikdə 40771 nəfər iştirak edəcək.

Bu gün Azərbaycanda V ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Kanal24-ə verilən xəbərə görə, imtahanlar 14 şəhər və rayonda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda 82 imtahan mərkəzində təşkil olunacaq. 

İmtahanda ümumilikdə 40771 nəfər iştirak edəcək.

İmtahanların idarə olunması üçün 386 imtahan rəhbəri, 3560 nəzarətçi-müəllim ayrılıb.


17:15 05.07.2016
Xəbər lenti
Bütün xəbərlər