KANAL24.AZ
Az Iw En Ru

6 ayda əhali ƏƏSM-nin e-xidmətlərindən 3 152 158 dəfə faydalanıb

Cari ilin 6 ayında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən 3 152 158 dəfə faydalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlər cari ilin iyun ayında da əhalinin fəal şəkildə faydalandığı e-xidmətlər sırasında olub. Bu dövrdə nazirliyin e-xidmətlərindən 470204 dəfə istifadə qeydə alınıb.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ötən ay əhali “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 121474 dəfə, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidmətindən 148805 dəfə faydalanıb.

Cari ilin may ayı ilə müqayisədə iyun ayında “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən istifadə sayı 22,3 faiz artaraq 46377-yə, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən istifadə sayı 35,5 faiz artaraq 29714-ə, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən istifadə sayı 27 faiz artaraq 27923-ə çatıb.

“Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə isə 19627 dəfə müraciət edilib ki, bu da əvvəlki may ayı ilə müqayisədə 10,5 faiz çoxdur.

Həmçinin vətəndaşlar iyun ayında “Sığortaolunanın onlayn uçota alınması” e-xidmətindən 12881 dəfə, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən 9445 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 5536 dəfə, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidmətindən 5442 dəfə yararlanıb.

Nazirliyin “Pensiya kalkulyatoru”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması”, “Sığortaedənin(Hüquqi şəxs) onlayn uçota alınması” və digər e-xdmətləri də əhalinin maraq göstərdiyi e-xidmətlərdən olublar.
Ümumilikdə cari ilin yanvar-iyun aylarında vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərdən 3 152 158 dəfə faydalanıb.


19:28 04.07.2016
Xəbər lenti
Bütün xəbərlər