KANAL24.AZ
Az Iw En Ru

TQDK imtahan nəticələrinin yoxlanılmasına başlayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən iyunun 30-da keçirdiyi buraxılış imtahan protokollarının və cavab kartlarının emalına başlayıb.

TQDK-dan verilən məlumata görə, nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

İmtahanlar iyunun 30-da Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şamaxı, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Şəki, Zaqatala, Balakən, Qəbələ, Qax, Oğuz, İsmayıllı şəhər və rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirib.


16:46 01.07.2016
Xəbər lenti
Bütün xəbərlər