KANAL24.AZ
Az Iw En Ru

IV Ağıl Oyunları Festivalı keçirilib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Bakıda Azərbaycanın ən böyük intellektual layihələrindən biri olan - “Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Ağıl Oyunları Festivalı təşkil olunub. Trend-in məlumatına görə, festival iyunun 25-26-da Bakıda KempinskiHotel Badamdarda baş tutub.

Festivalın əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.

Təşkilat komitəsindən verilən məlumata görə, Festivalda ölkənin 15 şəhərindən 70 komanda iştirak edib. Festivalın ilk günündə “Nə? Harada? Nə zaman?” oyunu üzrə yarış baş tutub. Bu yarışda hamıdan güclü olan Avanqard komandası rəqiblərini qabaqlayaraq turnirin çempionu adını qazanıb. İkinci yerə Diplomat komandası tutub. Vendetta komandası isə üçüncü olub. Bu yarış paralel təşkil olunan Regionlar Kubokunda isə Gəncə komandası ilk yerə sahib olub.

“Nə? Harada? Nə zaman?” oyununun nəticələrinə görə ən güclü səkkiz komanda və regionları təmsil edən ən güclü dörd komanda növbəti gün “Breyn Rinq” oyunu üzrə tunirdə qüvvələrini sınayıblar. Bu yarışda hamıdan güclü Diplomat komandası olub. Hit komandası ikinci, Vendetta üçüncü yerə layiq görülüb. Şabran şəhərinin eyni adlı komandası isə dördüncü olub.

Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə IV Ağıl Oyunları Festivalı final və iki seçim turundan ibarət olub. Çempionatda Bakı, Abşerom, Quba, Şamaxı, Şəki, Gəncə, Mingəcevir, Qazax, Naxçıvan, Lənkaran, Şəmkir, Şabran, Biləsuvar, İsmayıllı və Beyləqan şəhərlərindən komandalar iştirak ediblər.


00:18 29.06.2016
Xəbər lenti
Bütün xəbərlər