KANAL24.AZ
Az Iw En Ru

Ortaq türk dilinin qrammatikası hazırlanacaq

Türkdilli xalqlar üçün ortaq türk dilinin qrammatikasının hazırlanması nəzərdə tutulur.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.

M.Nağısoylu deyib ki, hazırda türkdilli xalqlar üçün ortaq ədəbiyyat, ortaq tarix hazırlanır.

 

 

İnstitut rəsmisinin fikrincə, türkdilli xalqlar üçün ortaq terminologiya, ortaq qrammatikanın da hazırlanması çox vacibdir:

 

“Xüsusilə ortaq terminologiyanı qeyd etmək istərdim. Yeni terminlər yaranır, biri onu öz dilinə uyğunlaşdırır, biri isə olduğu kimi işlədir. Bu mənada ortaq məxrəcə gəlmək lazımdır ki, türkdilli xalqların qarşılıqlı ünsiyyəti daha asan olsun”.


01:07 29.06.2016
Xəbər lenti
Bütün xəbərlər