KANAL24.AZ
Az Iw En Ru

Baş nazirin xanımından Fatih Terimin qızı və Arda Turanın anasına zəng

Baş nazir Binəli Yıldırımın xanımı Semiha Yıldırımın Türkiyə millisinin baş məşqçisi Fatih TerimAÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra onun təhqir olunan qızıBuse Terimlə telefon danışığı olub.

Kanal24.az xəbər verir ki, qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Semiha Yıldırım Buse Terimə baş verən hadisəyə görə çox kədərləndiyini söyləyib.

O, 6 aylıq hamilə olan Terimə özünün və körpəsinin sağlığını düşünməli olduğunu, bu cür yazılara fikir verməməyi məsləhət görüb.

Baş nazirin xanımı, həmçinin Türkiyə-İspaniya matçında azarkeşlər tərəfindən dəfələrlə etirazla üzləşən Türkiyə millisinin kapitanı Arda Turanın anası Yüksəl Turanla da telefon vasitəsilə əlaqə saxlayaraq onu təsəlli edib.


02:48 24.06.2016
Xəbər lenti
Bütün xəbərlər