Gələn ildən Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi üçün işlərə başlamaq nəzərdə tutulur.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktor əvəzi Möhsün Nağısoylu deyib.
Onun sözlərinə görə, qrammatika müasir elmi tələblər səviyyəsində qurulmalıdır: “Üç cilddə olan Azərbaycan dilinin qrammatikası sonuncu dəfə 1980-ci illərdə nəşr edilib. Həmin dövrdən sonra elmi səviyyə yüksəlib, elmi tələblər artıb. Ona görə də düşünürəm ki, Azərbaycan dilinin elmi qrammatikası yenidən işlənib hazırlanmalıdır”.
M.Nağısoylu qeyd edib ki, Azərbaycan dilinin qrammatikasının bütün bölmələri yenidən işlənməlidir.