KANAL24.AZ
Az Iw En Ru

Prezident şou-biznes ulduzlarına iftar verdi - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məşhurları iftar süfrəsi arxasında toplayıb.

Kanal24.az anspress-ə istinadən bildirir ki, Ərdoğan Tarabyadakı Huber iqamətgahında sənət və idman dünyasının öndə gələn simalarını bir araya toplayıb. 

Məşhurlarla yanaşı açıq havada keçirilən iftar süfrəsində Qətər əmiri Şeyx Temim Bin Hamad Al-Sani də iştirak edib. Prezident sənətçilər qarşısında çıxışında onların Ramazan ayını, eləcə də ötən gün qeyd edilən atalar gününü təbrik edib. 

İftara nazirlər də qatılıblar. Onların arasında enerji və təbii qaynaqlar naziri, eyni zamanda prezidentin kürəkəni olan Berat Albayrak, xarici işlər naziri Mövlud Çavuşoğlu və başqaları da olub.

Sənətçilərdən isə iftarda Murat Boz, Yavuz Bingöl, Sibel Can, Seda Sayan, Gülben Ergen, Serdar Ortaç, Alişan, Bülent Ersoy, Petek Dinçöz, Hakan Ural, Coşkun Sabah, Hakan Peker, Cengiz Kurtoğlu, Zara, İbrahim Tatlıses, Burcu Esmersoy, "Beşiktaş"klubunun rəhbəri Fikret Orman, Mustafa Ceceli, Orxan Gencebay, Kutsi, Hande Yener, Necati Şaşmaz ("Kurtlar vadisi" serialındakı Polad Alemdar), güləşçi Rıza Kayaalp və başqaları iştirak edib. Alman əsilli aktrisa Vilma Elles iftara 1 yaşlı əkizləri ilə gəlib. 

R.T.Ərdoğan və birinci xanım Əminə Ərdoğan qonaqlarla bir-bir görüşüb, hal-əhval tutublar. Onlar aktrisanın əkizləri ilə foto da çəkdiriblər. 

İftar süfrəsində azanı isə məlahətli səsi ilə seçilən Mustafa Ceceli oxuyub. 


18:28 20.06.2016
Xəbər lenti
Bütün xəbərlər