KANAL24.AZ
Az Iw En Ru

Dünya mediası Bakıda - FOTO

Bakıda keçirilən "Formula 1" yarışını işıqlandırmaq üçün dünyanın hegemon media nümayəndələri Bakıya axışıb.

Anspress-in məlumatına görə, Formula 1 sıralama turundan sonra pilotlar telekanallara qısa müsahibə veriblər. Dünyada nüfuz sahibi olan "Sky Sports" kanalı canlı yayıma çıxıblar. 

Sıralama turunda "Mercedes"komandasının pilotu Niko Rosberq rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatıb. Onun göstəricisi 1 dəqiqə 42,758 saniyədir. "Force İndia" komandasının pilotu Serxio Peres 1 dəqiqə 43, 515 saniyəlik nəticə ilə ikinci olub. Üçüncü yerdə 1 dəqiqə 43, 966 saniyəlik göstərici ilə "Red Bull Racing" komandasından sürücüsü Daniel Rikkardo qərarlaşıb.

 


20:47 19.06.2016