KANAL24.AZ
Az Iw En Ru

“Formula-1”də maraqlı hadisə — 3 pilot yolu səhv saldı

“Formula-1” Avropa Qran-prisinin birinci test yürüşündə maraqlı hadisə baş verib. Belə ki, “Haas” komandasının pilotu Esteban Qutyerres yolu səhv salıb.

Kanal24.az AzərTac-a istinadən xəbər verir ki, trekin 16-cı döngəsində sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib və yolun bağlı olduğunu görüb. Pilot dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.

“Red Bull Racing”in pilotu Daniil Kvayt və "Renault"un pilotu Kevin Maqnussen də eyni aqibətlə üzləşib.

Qeyd edək ki, hazırda ən yaxşı göstərici “Mercedes”in pilotu Luis Hamiltona məxsusdur.


21:44 17.06.2016