KANAL24.AZ
Az Iw En Ru

Deputat Novruz Aslanov İsmayıllıda sürüşmə zonasında olub

İyunun 16-da millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda sürüşməyə məruz qalmış kəndlərdə zərər çəkmiş ailələrə baş çəkib. Deputatın qərargahından verilən məlumata görə, deputat Sərsurə kəndində zərər çəkmiş 7 evə baxış keçirib, mövcud vəziyyətlə yerində tanış olub. Novruz Aslanovun tapşırığı ilə  Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həmin ailələrin hər birinə çadır verilib və ərzaqla təmin olunublar.

Deputat həmçinin, Xənkəndi kəndində seçiciləri qəbul edib və problemləri ilə maraqlanıb. Sonra Novruz Aslanov Kürdmaşı kəndində sel basmış əraziyə baş çəkib, bir ailə çadırla və zəruri məişət ləvazimatları ilə təmin olunub.

    

 


19:00 17.06.2016
Xəbər lenti
Bütün xəbərlər