KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan-Belarus əlaqələrinin genişləndirilməsi məsələsi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarusa rəsmi səfəri çərçivəsində oktyabrın 7-də bu ölkənin parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Kanal24-ə bildirilib ki, görüşdə Azərbaycan və Belarus parlamentləri arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib, mövcud dostluq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb. 
Görüşdə parlamentlərarası əlaqələrin ölkələrimizin ənənəvi dostluq münasibətlərinin inkişafında mühüm rola malik olduğu qeyd edilib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu bildirilib.


21:20 08.10.2014
Xəbər lenti
Bütün xəbərlər