KANAL24.AZ
Az Iw En Ru

"İks Adamlar: Apokalipsis"

Fevralın 18-də Park Cinema Kinoteatrlar şəbəkəsinin Flame Towers-dəki İMAX kinozalında 2016-cı ilin ən çox gözlənilən filmlərindən birinin - "İks Adamlar: Apokalipsis" blokbasterinin ictimaiyyət və KİV nümayəndələri üçün nümayişi keçirilib. Trend-in məlumatına görə, nümayişə qatılan 200-dən artıq qonaq arasında mədəniyyət, incəsənət və kino xadimləri, estrada ulduzları, aktyorlar, tanınmış bloqerlər və KİV nümayəndələri var olub.

Hamının rəğbətini qazanmış "İKS ADAMLAR: ÖTMÜŞ GƏLƏCƏYİN GÜNLƏRİ" filminin uğurundan sonra rejissor Brayan Sinqer məşhur franşizin davamını çəkməyi qərara alır. Bu dəfə İks Adamlar ən əsas və qüdrətli mutant olan Apokalipsislə savaşacaqlar. Filmdə hadisələr 1983-cü ildə cərəyan edir. Qahirədə çoxəsrlik məhbəsdən qurtulan Apokalipsis planetlə baş verənlərdən şok keçirir, avtomobillər, səs-küy, ətraf mühitin çirklənməsi ilə barışa bilmir... Dünyanın süqutunun bütün əlamətləri göz qabağındadır və o bu dünyanı təmizləməlidir. Mutantların artıq allah sayılmadıqlarından qəzəblənən Apokalipsis bəşəriyyəti məhv edərək ali rəhbər olacağı yeni dünya nizamı yaratmaq məqsdilə güclü mutantlardan ibarət komanda yığır. Apokalipsisin Yerdə həyata son vermək niyyətinin qarşısını almaq üçün Reyven (Cennifer Lourens) və professor İks (Ceyms MakEvoy) məğlubedilməz sayılan düşmənə qarşı çıxmaq üçün gənc İks Adamlar komandasına başçılıq edirlər.

Filmin nümayişindən sonra tamaşaçılar Park Cinemanın kinoteatrlar şəbəkəsinin, bu cür ictimai nümayişlərinin ənənə halı almasından məmnunluq duyduqlarını bildiriblər. Onların fikrincə, bu nümayişlər dünyanın ən çox gözlənilən filmlərinin ilk tamaşaçısı olmaq imkanı yaratmaqla yanaşı kino həvəskarlarının bir araya gələrək ünsiyyəti baxımından da təqdirəlayiq təcrübədir və Park Cinema kinoteatrlar şəbəkəsinin, Film Distribution İnternational-ın, XX Century FOX CİS, bu təcrübəsi yalnız alqışa layiqdir.
19 Maydan Bakı və Gəncə şəhərlərin kinoteatrlarında izləyin!

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az-dır.

https://www.youtube.com/watch?v=xsTMH0fQojs

 


22:43 19.05.2016
Xəbər lenti
Bütün xəbərlər