KANAL24.AZ
Az Iw En Ru

“Quran kitabı mənim həyatımı dəyişdi” - VİDEO - FOTO

Hər bir şeyi ilə dəyişən "Din.az" saytı bundan sonra yeni layihələri ilə xidmətinizdə olacaq.

Artıq həmin layihələrdən biri tanınmış aktyor Elməddin Cəfərovla maraqlı müsahibədir. Hər zaman gülüş üstası kimi tanıdığımız və çəkildiyi "Bacanaqlar" serialından izlədiyimiz gənc aktyor Elməddini bu dəfə fərqli mövzuda - islam və din ətrafındakı söhbətləri ilə yaxından izləyəcəksiniz.

Elməddin Cəfərovla müsahibəni tanınmış ilahiyyatçı Elşad Miri aparıb və ilk sualı  belə olub:"Elməddin dinə necə gəldi və onun üçün din nədir?" 

Din ilə 9 yaşından tanış olduğunu deyən aktyor: "Gəncədə Şah Abbas məscidi muzey idi, açıldı və mədrəsə kimi fəaliyyətə başladı. Uşaq idim və dinə marağım var idi deyə həmin mədrəsəyə getdim. Bir müddət orada yerli müəllimlər, axundlar dərs keçməyə başladılar, amma sonra İrandan 3-4 müəllim gəldi və bizə ərəb, fars əlifbasını öyrətdi", - deyə cavab verib. Aktyorun suala cavabı əsnasında o da məlum olur ki, Elməddin Cəfərov ərəb dilində Quran oxumağı da bacarır.

İrandan gələn müəllimlərin dini sərt və qatı izah etdiklərini, insanda nifrət hissi yaratdıqlarını deyən Elməddin 5 il mədrəsədə dərs aldıqdan sonra oradan uzaqlaşdığını bildirib.

Çoxumuzun tanıdığı aktyor hətta məscidin minarəsində azan da oxuyub. Daha sonra aktyor Qum şəhərində dini təhsilini davam etdirmək üçün imtahan verib, lakin ailəsi orada oxumağını istəməyib.

İllər sonra müxtəlif məzhəb və camaat nümayəndələrindən dini öyrənmək istəsə də, hər birinin islama deyil, özlərinə çəkmək olduğunu hiss edərək hamısından uzaqlaşıb. Nəticədə Quran kitabını mənası üzərindəki düşüncələri onun həyatını dəyişib və Quran tələbəsi olub.

Kanal24.az din.az-a istinadən tanınmış və sevilən aktyorun dini həyatı ilə bağlı daha fərqli və maraqlı məqamları videomüsahibədə təqdim edir:

 


17:46 18.05.2016
Xəbər lenti
Bütün xəbərlər