KANAL24.AZ
Az Iw En Ru

ATƏT sədri: Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır.

Kanal24-ün ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

O, son itkilərə görə çox təəssüfləndiyini deyib: "Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıram".

F.Ştaynmayer Azərbaycan və Ermənistanın prezidentlərinin Vyana görüşünü alqışladığını bildirib.


14:30 18.05.2016