KANAL24.AZ
Az Iw En Ru

"Avro-2016"nın rəsmi mahnısı təqdim edildi

Fransada təşkil olunacaqfutbol üzrə Avropa çempionatının rəsmi himni hazırlanıb.

 

Mahnı məşhur DJ və prodüsser Devid Quetta tərəfindən ərsəyə gətirilib. İsveçli müğənni Zara Larssonun da yer aldığı mahnıda xüsusi tətbiqetmə vasitəsilə bütün dünyadan 1 milyon azarkeş iştirak edir. Mahnı "This One’s For You" ("Bu, sizin üçündür") adlanır.

 

Turnirin rəsmi mahnısı "Stade de France"da keçiriləcək açılış və bağlanış mərasimində ifa olunacaq. Bundan əlavə, cütlük iyunun 9-da Parisdə Eyfel qülləsinin altında konsert proqramı ilə çıxış edəcək.

 


00:23 17.05.2016
Xəbər lenti
Bütün xəbərlər