KANAL24.AZ
Az Iw En Ru

Camala Rusiyanın ermənipərəst kanalını alçaltdı

"Eurovision-2016" mahnı müsabiqəsinin qalibi, Ukraynanı təmsil edən Camala rus jurnalistləri təhqir edib. ANS PRESS-in məlumatına görə, yarışmadan sonra keçirilən mətbuat konfransında müğənni ermənipərəst "Lifenews" telekanalının jurnalistlərinin suallarını cavablandırmayıb.

İfaçı "bunlar jurnalist deyillər" deyərək rusiyalı jurnalistlərin suallarını dinləməyib. Daha sonra Camalanın köməkçisi "Lifenews"un müxbirinə yaxınlaşaraq suallara cavab verilməyəcəyini bəyan edib. O, rusiyalı müxbirə məlumatları internetdən tapmağını məsləhət görüb. Nəticədə ermənipərəst saytın müxbiri istəyinə nail ola bilməyib.  

Stokholmda keçirilən Avroviziya musiqi yarışmasında Susanna Cəmaləddinova İosif Stalinin Krım tatarlarını Orta Asiyaya deportasiya etməsi barədə olan "1944" mahnısını oxuyub. Müğənni mahnını tatar dilində və ingiliscə ifa edib. S. Cəmaləddinova Camala kimi məşhurdur. İfaçı Qırğızıstanın Oş şəhərində dünyaya gəlib. Onun atası tatar, anası isə erməni əsillidir. Camalanın uşaqlığı Krımda keçib.


 


00:10 17.05.2016
Xəbər lenti
Bütün xəbərlər