KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın "Eurovision"dakı təmsilçisinin müsabiqə mahnısına remikslər hazırlanıb - VİDEO

Bu il "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səmra Rəhimlinin "Miracle" ("Möcuzə") mahnısına remikslər hazırlanıb.

Remikslər Danimarkanı 2010-cu ildə "Eurovision" mahnı müsabiqəsində təmsil edən Tomas Neverqrin və Azərbaycandan olan tanınmış musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.

Azərbaycanlı ifaçının mahnısını yüksək səviyyədə dəyərləndirən Tomas Neverqrin Səmra Rəhimliyə müsabiqədə uğurlar arzulayıb.

Qeyd edək ki, Səmra Rəhimli 14 nömrə altında mayın 10-da keçiriləcək birinci yarımfinalda çıxış edəcək.

 
 
 

05:36 19.04.2016
Xəbər lenti
Bütün xəbərlər