KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Premyer Liqası: “Zirə” və “AZAL”dan minimal hesablı qələbə

Aprelin 17-də keçirilən iki matçla futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında “Zirə” komandası evdə autsayderlər qrupunda yer alan “Xəzər Lənkəran”ı Bonillanın 63-cü dəqiqədə vurduğu yeganə qolla məğlub edib.

Günün ikinci oyunu isə Şüvəlanda keçirilib. “AZAL” doğma meydanda “Sumqayıt”dan üstün olub- 1:0. Matçın yeganə qolunu 38-ci dəqiqədə Tural Hümbətov vurub. Bu qələbədən sonra “AZAL” xallarının sayını 42-yə yüksəldib və altıncı sıradakı mövqeyini möhkəmləndirib. “Gənclik şəhəri”nin təmsilçisi isə 29 xalla səkkizinci pillədə qərarlaşıb.


04:56 18.04.2016
Xəbər lenti
Bütün xəbərlər