KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Premyer Liqası: “Zirə” “Xəzər Lənkəran”ı əliboş yola saldı

Aprelin 17-də futbol üzrə Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində daha bir görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Zirə” komandası evdə autsayderlər qrupunda yer alan “Xəzər Lənkəran”la qarşılaşıb. Çempionatın ikinci pilləsində qərarlaşan bakılılar sensasiyaya imkan verməyiblər. Cənub təmsilçisini Bonillanın 63-cü dəqiqədə vurduğu yeganə qolla məğlub edən “Zirə” klubu turnir cədvəlindəki mövqeyini və lider “Qarabağ”la arasındakı 10 xallıq fərqi qoruyub.

Qeyd edək ki, tura “AZAL”-“Sumqayıt” matçı ilə yekun vurulacaq.


01:27 18.04.2016
Xəbər lenti
Bütün xəbərlər