KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı aktyor dünyasını dəyişib

Azərbaycan Musiqili Komediya Teatrının aktyoru, bir sıra filmlərdə uğurlu rollar oynamış Məcid Dadaşov dünyasını dəyişib.

Bu barədə Report-a mərhumun yaxınları məlumat veriblər.

Xərçəng xəstəliyindən əziyyət çəkən Məcid Dadaşov bu gün evində vəfat edib.

Xatırladaq ki, Məcid Dadaşov “Bir cənub şəhərində”, “Yol əhvalatı”, “Azərbaycan naminə” filmlərində çəkilib.
Onun “Bir cənub şəhərində” filmində oynadığı Həsən rolu xüsusən uğurlu alınıb.

Qeyd edək ki, Məcid Dadaşovun oğlu Manaf Dadaşov Gənc Tamaşaçılar Teatrının aktyorudur.

 

Azərbaycanlı aktyor dünyasını dəyişdi

 


20:13 17.04.2016
Xəbər lenti
Bütün xəbərlər