KANAL24.AZ
Az Iw En Ru

"Mançester Siti"də türk futbolçu

25 yaşlı yarımmüdafiəçi bu mövsüm 38 rəsmi oyuna çıxıb.

Almaniyanın "Borussiya"(Dortmund) klubunun aparıcı futbolçusu İlkay Gündoğanın yeni klubu müəyyənləşib. ANS PRESS-in məlumatına görə, Almaniya millisinin türk ulduzu karyerasını "Mançester Siti"də davam etdirəcək.


İlkayın transferini yayda "Bavariya"dan ayrılaraq İngiltərə klubuna keçəcək Xosep Qvardiola şəxsən istəyib. İddia olunur ki, artıq tərəflər transfer məsələsində tam anlaşıb. "Mançester Siti"nin bu transfer üçün 37 milyon avro (64 milyon 614 min manat) ödəyəcəyi qeyd olunur.

Pep Qvardiola
Pep Qvardiola

Gündoğan 2011-ci ildə "Nürnberq"dən "Borussiya"ya transfer olunub. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə 38 rəsmi oyuna çıxıb və 3 qol vurub. Hazırda Gündoğan öz mövqeyində dünyanın ən yaxşılarından sayılır.


03:30 17.04.2016
Xəbər lenti
Bütün xəbərlər