KANAL24.AZ
Az Iw En Ru

Boksçumuz qızıl medal qazandı - Beynəlxalq turnir

Boksçumuz beynəlxalq turnirdə qızıl medal qazanıb.

Azərbaycan boksçusu Cavid Çələbiyev Türkiyənin Samsun şəhərində keçirilən Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa təsnifat turnirinin finalında britaniyalı idmançı təmsil edən Qais Aşfaqla qarşılaşıb.

Ç.Çələbiyev hər üç raundda qələbə qazanaraq qızıl medala yiyələnib.

Qeyd edək ki, 56 kiloqram çəki dərəcəsində yarışan boksçumuz yarımfinalda erməni rəqibini məğlub edərək finala yüksəlmiş, bununla da olimpiadaya vəsiqə qazanmışdı. 


02:50 17.04.2016
Xəbər lenti
Bütün xəbərlər