KANAL24.AZ
Az Iw En Ru

"Aston Villa" üçün son şans, "Mançester Siti" "Çelsi"yə qarşı

Bu gün İngiltərə Premyer Liqasında XXXIV tura start veriləcək.

Artıq bir komandanın "Çempionşip"ə enişi rəsmiləşə bilər.

"Mançester Yunayted"in qonağı olacaq "Aston Villa"nın bərabərlik təqdirində də Premyer Liqanı tərk edəcəyi dəqiqləşəcək. Birmingem təmsilçisi qalib gəlsə belə, "Norviç"in bu turda alacağı 1 xal yenə onların ümidlərini tükədəcək.
 
İlk "dördlük"dən uzaqlaşmaq istəməyən "Mançester Yunayted" autsayderə möcüzə şansı verməməlidi. Əks təqdirdə "qırmızı şeytanlar" hətta Avropa Liqasından kənarda qala bilərlər.
 
Çempionluq şansı, demək olar ki, qalmayan "Mançester Siti" ən azı Çempionlar Liqasına vəsiqə üçün "Çelsi" səfərində büdrəməməyə çalışacaq.
 
"Arsenal" aşağı pillələrdə qərar tutan "Kristal Pelas"a çətin ki, xal versin.
 
Turun mərkəzi oyunu "Lester"lə "Vest Hem" arasında keçiriləcək. Klaudio Ranyerinin yetirmələri çempionluq yolunda büdrəməməyə çalışacaqsa, londonlular da ilk "4-lüy"ə gözlərini dikiblər.
 
Turun qapanış qarşılaşmasında "Lester"i addım-addım izləyən "Tottenhem" Avropa Liqasına vəsiqə qazanmaq iddiasında olan "Stok Siti"nin qonağı olacaq. 
 
İngiltərə. Premyer Liqa
XXXIV tur
 
16 aprel
15:45. "Norviç" - "Sanderlend"
18:00. "Everton" - "Sauthempton"
18:00. "Mançester Yunayted" - "Aston Villa"
18:00. "Nyukasl" - "Suonsi"
18:00. "Vest Bromviç" - "Uotford"
20:30. "Çelsi" - "Mançester Siti" 

17 aprel
16:30. "Bornmut" - "Liverpul"
16:30. "Lester" - "Vest Hem"
19:00. "Arsenal" - "Kristal Pelas"
 
18 aprel
23:00. "Stok Siti" - "Tottenhem"


21:19 16.04.2016
Xəbər lenti
Bütün xəbərlər