KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Bəhreyn Krallığında keçirilən 24-cü İllik İrs Festivalında təmsil olunub

Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin rəhbərliyi altında Bəhreyn Krallığının Milli Muzeyində Mədəniyyət və Əntiq Əşyaları Nazirliyinin təşkilatçılığı ilə "Bizim Bəhreynin vokal dalğaları" adlı 24-cü İllik İrs Festivalının açılışı olub. Ənənəvi olaraq hər il keçirilən festivalın əsas məqsədi Bəhreynin qədim adət-ənənələrini özündə əks etdirmək və zəngin irsini qoruyaraq gələcək nəsillərə ötürməkdən ibarətdir.

Tədbirdə Azərbaycanı Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev və Mədəniyyət və Turizm Nazirliyinin informasiya vəiİctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İsa Məmmədov təmsil edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalda xalq yaradıcılığı fəaliyyəti ilə məşğul olan ustaların əl işləri, dulusçuluq və toxuculuq sənətinə aid eksponatlar, milli mətbəx və içkilər, həmçinin az yaşlı uşaqların yaradıcılıq bacarıqları nümayiş etdirilib.

Tədbirdə Bəhreyn Kralının ailə üzvləri, yüksək səviyyəli dövlət və iş adamları, Bəhreyndə akkreditə olunmuş səfirlər, diplomatik nümayəndəliklər və xaricdən dəvət olunmuş qonaqlar iştirak ediblər.

Festival çərçivəsində Bəhreynin mədəniyyət və əntiq əşyaları naziri və Dünya İrsinin Ərəb regional Mərkəzinin direktor müavini ilə görüş keçirilib və muzeylər arası geniş ikitərəfli əlaqələr qurulması barədə müzakirələr aparılıb.


21:14 16.04.2016
Xəbər lenti
Bütün xəbərlər