KANAL24.AZ
Az Iw En Ru

Futbolçunu təhqir edən baş məşqçi cəzalandırıldı

Sloveniya Futbol Federasiyası öz futbolçusunu irqçi sözlərlə təhqir edən "Olimpiya Lyublja" klubunun baş məşqçisinə 7 oyunluq cəza verib.
 
"Olimpiya Lyublja"nın baş məşqçisi Marko Nikoliç "Zavrç" ilə oyunun son dəqiqələrində öz qapısına qol vuran nigeriyalı futbolçu Blessinq Elekeyi təhqir edib.
 
Nikoliçin Elekeyini təhqir etdiyi anlar kameralar tərəfindən qeydə alınıb. Bu anları izləyən federasiya komitəsi Nikoliçə 7 oyunluq cəza verib. 
 
Bu isə o deməkdir ki, Nikoliç mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcək.

07:07 16.04.2016
Xəbər lenti
Bütün xəbərlər