KANAL24.AZ
Az Iw En Ru

Ardadan tənqidlərə sərt cavab... - FOTO

İspaniya mətbuatı tərəfindən son vaxtlar tənqid atəşinə tutulan "Barselona"nın türkiyəli ulduz futbolçusu Arda Turan açıqlama yayıb. 
 
Şəxsi "İnstagram" səhifəsindən açıqlama verən Ardanın "belə vaxtlar yaxşıdır, çürüklər üzə çıxır" kəlməsi diqqətləri cəlb edib. 
 
Arda açıqlamasında bunları yazıb: "Tanrım mənə nə yaşadırsa, mənim üçün xeyirlisi odur. Sonuna qədər çalışmağa davam. Belə vaxtlar hər cəhətdən yaxşıdır, çürüklər üzə çıxır. Uğurlar əldə edərkən, işlər yolunda gedərkən deyil, indi çətin zamanlarda dimdik ayaqda qalmaq lazımdır. Bu, mənim ruhumda var. Mənim hədəfim iki kuboku da əldə etməkdir və bunun üçün də gecə-gündüz çalışıram. Bu formanı geydiyim üçün qürur duyuram".
 
 


07:00 16.04.2016
Xəbər lenti
Bütün xəbərlər