KANAL24.AZ
Az Iw En Ru

"Qalatasaray" yeni hücumçu alır

"Qalatasaray" klubu "Akhisar Bələdiyyəspor"un hücumçusunu transfer etmək üçün hərəkətə keçib.
 
"Yeni Drogba" kimi adlandırılan kolumbiyali futbolçu Huqo Rodaleqanı transfer etmək üçün klubu ilə danışıqlara başlanılıb. 
 
"Akhisar Bələdiyyəspor" futbolçu üçün "Cimbom"dan 3.5 milyon avro tələb edib. İstanbul nəhəngi isə qiyməti biraz daha aşağı salmağa çalışır. 
 
Bu sezon "Akhisar Bələdiyyəspor"la 16 oyuna çıxıb, 4 qola imza atan Rodaleqa göstərdiyi gözəl oyunla da diqqət mərkəzinə düşüb. 
 
Qeyd edək ki, Rodaleqanın sərgilədiyi oyun Kolumbiya milli komandasının baş məşqçisi Pekermanın da diqqətindən qaçmayıb və Rodaleqanı milli komandaya dəvət edib.

06:56 16.04.2016
Xəbər lenti
Bütün xəbərlər