KANAL24.AZ
Az Iw En Ru

Səmra İsraildə keçirilən "Eurovision Parti"də iştirak edib - FOTOLAR

"Eurovision" tarixində İsraildə promo tur keçirən ilk azərbaycanlı ifaçı olan Səmra artıq bu ölkədəki səfərini başa çatdırıb.

11-13 aprel tarixlərində baş tutan səfəri zamanı Səmra ağac əkmə aksiyasında iştirak etməklə yanaşı, müsabiqənin digər 18 iştirakçısı ilə görüşüb və Tel-Əviv şəhərini gəzmək fürsəti əldə edib.

“İsrail Çağırır” adlı Eurovision partisi “FUN TLV” klubda start götürüb. Səmra gözəl libası, xarizmatik hərəkətləri və gözəgəlimli görünüşü ilə şoudan öncə keçirilən qırmızı xalça keçidi zamanı hamının diqqətini cəlb edib. Təmsilçimiz BBC, Eurovision.tv, wiwiblogs da daxil olmaqla müxtəlif telekanal və saytlara müsahibələr verib.

Növbəti gün isə Səmra Fransanın "Eurovision" təmsilçisi Əmirin köməyi ilə “Eurovision meşəsində” ağac əkib. Daha sonra isə məşqlərə başlamazdan əvvəl iştirak etdiyi mətbuat konfransı zamanı beynəlxalq media nümayəndələri ilə yanaşı olaraq İsrailin də, ən böyük telekanal və saytlarına müsahibələr verib.

Axşam isə Səmra Azərbaycanı bu ilki "Eurovision" Mahnı Müsabiqəsində təmsil edəcəyi "Miracle" mahnısını möhtəşəm şəkildə ifa edərək “Theatre Club”a toplanmış tamaşaçıları özünə heyran qoyub. “İsrail çağırır” adlı

Eurovision partisi isə Eurovision təmsilçilərinin birgə selfiləri və çəkilişləri ilə başa çatıb. Səmranın bu ilki promo turu 21-22 aprel tarixlərində Malta, 23 apreldə isə Yunanıstan səfərləri ilə davam edəcək.


20:12 15.04.2016
Xəbər lenti
Bütün xəbərlər