KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan yenidən məşhur sərgidə

Azərbaycan Konqreslər Bürosu cari ilin aprel ayının 19-dan 21-dək Almaniyanın Frankfurt şəhərində keçiriləcək "IMEX Frankfurt 2016" sərgisində yenidən ölkəmizi təmsil edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılan Azərbaycan Konqreslər Bürosu ilə yanaşı, ölkəmizi sərgidə Büronun tərəfdaşları olan və turizm sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri də təmsil edəcək.

“Absheron Hotel Group”, “Four Seasons Hotel Baku”, “Geo Travel”, “Hilton Hotel Baku”, “JW Marriott Absheron Baku”, “Kempinski Badamdar Baku” və “PASHA Travel” ölkəmizi təmsil edəcək şirkətlər arasındadır.

“IMEX Frankfurt” beynəlxalq konqres və konfransların təşkili, geniş əhatəli tədbirlərin keçirilməsi və həvəsləndirici turizm sahəsində xidmətlərin göstərilməsində maraqlı olan minlərlə alıcını hər il eyni platformada görüşdürür.

"IMEX 2016"-da 15 mindən artıq beynəlxalq peşəkarların iştirakı gözlənilir. Üçgünlük sərgi çərçivəsində 65 mindən çox görüşün təşkil olunması planlaşdırılıb.

Beynəlxalq sərmayələrin cəlb olunması və dünya turizm bazarında misilsiz görüşlər məkanı statusunun qazanılması baxımından Azərbaycan Konqreslər Bürosunun bu cür tədbirlərdə iştirak etməsi olduqca vacib hesab olunur. Eyni zamanda, belə tədbirlərdə Azərbaycanın turizm potensialının tanınması turizm sahəsində görülən işlərə böyük bir dəstəkdir.


18:29 14.04.2016
Xəbər lenti
Bütün xəbərlər