KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Rəqqasları Qafqaz Kuboku uğrunda yola düşürlər (FOTO)

Aprelin 16-17-i Tiflis şəhərində Beynəlxalq Qafqaz Rəqs Olimpiadası keçiriləcək.

Tədbir beynəlxalq idman və sağlamlığı gününə həsr olunacaq.

Olimpiadanın çərçivəsində: müasir və estrada rəqs çempionatları, folk rəqs növlərində çempionatlar və festival, ilk beynəlxalq "GEORGİAN OPEN 2016" turniri, Cherliding və Chir Sport "GEORGİAN OPEN" Çempionatı, Hip Hop üzrə Qafqaz Kuboku keçiriləcək. Tədbirə 7 ölkədən 2200-dən çox iştrakçi qatılacaq.

Olimpiadanın təşkilatçiları Gürcüstan Gənclər və İdman Nazirliyi, Gürcüstanın Meriyası, Beynəlxalq İncəsənət və Rəqs İttifaqı, Beynəlxalq Rəqs Təşkilatı, Beynəlxalq Cherliding İttifaqı, Gürcüstanın Müasir və Estrada rəqsin Milli Federasıyasıdır.

Azərbaycan rəqqasları Azərbaycan Rəqs Assosiasıyasının (ARA) dəstəyi ilə ölkəmizin rəqslərini yüksək səviyyədə nümayiş etdirmək Gürcüstana yola düşürlər.

Azərbaycan Rəqs Asossiasıyası 2013-cü və 2015-ci illərdə 4-cü və 6-ci Olimpiadada iştirak ediblər.

2015-cü ildə Azərbaycanı təmsil edən iştirakçılar ölkəmizə bir çox kuboklar gətiriblər:

"Couple Show Dance" Nominasıyasında:

1-ci yer - Kamilla İsmaylova və Mitxat Əhmədov
Modern solo nominasiyasında:

1-ci yer Alina Kryuçkova
2-ci yer Kəmalə Əliyeva
3-cü yer Lalə Cümüdli

2015-ci ildə ildə Azərbaycanı təmsil edən iştirakçıları həmçinin bizim ölkəyə bir çox kubokları gətirblər:

"Couple Show Dance" Nominasıyasında:

1-ci yer - Ludmila Stepanenko və Mitxat Əhmedov

"Hip Hop solo show" Nominasıyasında:

1-ci yer - Həsənov Rasul
3-cü yer - Mitxat Əhmədov
"Oriental" Nominasıyasında:
2-ci yer - Ludmila Stepanenko


00:42 13.04.2016
Xəbər lenti
Bütün xəbərlər