KANAL24.AZ
Az Iw En Ru

Lisey və gimnaziyaların birinci sinfinə şagird qəbulu aprelin 10-dək davam edəcək

Bakı şəhəri üzrə birinci sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunlaşıb. Lakin valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların birinci sinfinə elektron qeydiyyatın vaxtı aprelin 7-dən etibarən bir neçə gün artırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, birinci sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat aprelin 10-dək davam edəcək.

Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar) aprelin 15-dən mayın 15-dək keçiriləcək.


00:45 08.04.2016