Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəsin əldə edilməsi ilə bağlı razılıq Moskvada əldə edilib.
Kanal24.az xəbər verir ki, belə bir açıqlama ilə Ermənistan Müdafiə naziri Seyran Ohanyan çıxış edib. Onun sözlərinə görə, razılığa dünən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və erməni həmkarı general-polkovnik Yuri Xaçaturovun görüşləri zamanı gəlinib.