KANAL24.AZ
Az Iw En Ru

​Vaşinqton Ermənistan və Azərbaycanı danışıqlara dönməyə çağırır

ABŞ Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə dönməyə çağırır.

"Report" xəbər verir ki, bunu çərşənbə axşamı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bəyan edib.

"Hər iki hökumət ATƏT çərçivəsində Minsk prosesinə qayıtmalı və danışıqlar masası arxasına əyləşməlidir", — deyə o bildirib.

Brifinq zamanı jurnalistlər ABŞ dövlət katibi Con Kerrinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu yaxınlarda baş tutan söhbəti zamanı Moskvanı proses iştirakçılarına öz təsirini göstərməyə çağırıb-çağırmaması ilə maraqlanıblar.

Toner cavabında bildirib ki, "Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür və biz daima onunla məsləhətləşirik və danışıqların bütün iştirakçılarını vəziyyətə təsir etməyə çağırırıq".


06:31 06.04.2016