KANAL24.AZ
Az Iw En Ru

Medvedyev İrəvana və Bakıya gəlir

  Bu barədə baş nazirinin mətbuat katibi məlumat yayıb.

Rusiyanın baş naziri Dmitri Medvedevin İrəvana səfəri təxirə salınıb. ANS PRESS-in məlumatına görə, Rusiya hökümətindəki mənbə "RBK"-ya bildirib ki, səfərin təxirə salınmasına səbəb Dağlıq Qarabağda vəziyyətin kəskin şəkildə pisləşməsidir.

Mənbə qeyd edir ki, əgər Medvedev İrəvana getsə, bu tərəflərdən birinə dəstək kimi qiymətləndirilə bilərdi. O, 7-8 aprel tarixində Avrasiya İttifaqının baş nazirlərinin sammitində iştirak etməli idi.

Həmçinin aprelin 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri planlaşdırılır. 

Rusiyanın baş naziri Dimitri Medvedev
Amma Qarabağda vəziyyətin pisləşməsi ilə bağlı olaraq onun səfərinin təxirə salınacağı ehtimal edilirdi. Rusiya XİN sözçüsü Mariya Zaxarova ötən gün mətbuata açıqlmasında bildirib ki, Sergey Lavrov aprelin 7-də Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

“Bakıda keçiriləcək üçtərəfli görüşdə nazirin iştirakı təxirə salınmayıb. Nazirlər görüşdə Dağlıq Qarabağdakı vəziyyəti və münaqişənin nizamlanması yollarını müzakirə edəcəklər”, -deyə Rusiya rəsmisi bildirib. 

Azərbaycan və Ermənistan cəbhə xəttində atəşkəs rejiminin kəskin formada pozulmasından sonra Rusiya tərəfləri sülhə dəvət etməklə fəallıq göstərdi. Cəbhədə gərginlik aprel ayının 2-si gecə saatlarından başlayıb. 

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.


03:52 06.04.2016