KANAL24.AZ
Az Iw En Ru

İlham Əliyev Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Kanal24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olundu, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğu vurğulandı.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


19:53 07.10.2014
Xəbər lenti
Bütün xəbərlər