KANAL24.AZ
Az Iw En Ru

Bu il məktəblərdə "Son zəng" tədbirinin keçiriləcəyi vaxt açıqlanıb

Bu il ümumi təhsil müəssisələrində "Son zəng" tədbirinin keçiriləcəyi vaxt açıqlanıb. 

Təhsil Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 

"Bununla əlaqədar, "Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək", - deyə nazirlikdən bildirilib.


00:42 30.03.2016
Xəbər lenti
Bütün xəbərlər