KANAL24.AZ
Az Iw En Ru

YUĞ-un aktyoru yeni teatr yaradıb

Əməkdar artist Vidadi Həsənov "M.Teatr production" adlı yeni müstəqil teatr studiyası yaradıb.   

Teleqraf.com xəbər verir ki, “Media Company”-nin nəzdində yaradılan teatrın “Məsəl, ya...” adlı ilk tamaşası martın 29-da Rəşid Behbudov adına Mahnı Teatrında olacaq.    “Məsəl, ya...” Ü.Hacıbəylinin “Ordan-burdan” kitabı əsasında hazırlanmış bir bölümlü mükalimə-tamaşadır. Tamaşada Ü.Hacıbəyovun musiqilərindən, M.Ə.Sabirin şeirlərindən, H.V. İsmailin mahnılarından istifadə olunub.   Vidadi Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.    1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir.    2012-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.  


19:50 28.03.2016