KANAL24.AZ
Az Iw En Ru

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş intellektual yarış keçiriləcək

   Aprelin 28-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. İnsanlara təmənnasız sevinc bəxş edən Zərifə xanım vəfalı, sədaqətli ömür–gün yoldaşı, humanist, alicənab bir qadın, fədakar ana kimi hər bir azərbaycanlının yaddaşında daim yaşayır. Xalqımız qəlblərdə dərin iz salmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur.

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar respublika üzrə intellektual yarış keçiriləcək. Bu məqsədlə 9 regionda hər bir şəhər və rayonu təmsil edən komandaların iştirakı ilə regional seçim turları, sonra isə seçim turlarında qalib olmuş komandaların Bakıda final yarışı təşkil olunacaq. Hər komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 məktəbli iştirak edəcək. Final yarışında I, II, III yerin qalibləri olan komandalar müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.

   Növbəti regional seçim turu martın 29-da Yevlaxda, martın 30-da isə Şəmkirdə təşkil olunacaq.

   Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlayacaq. Rəsmi hissədən sonra yarışa start veriləcək.


00:15 24.03.2016
Xəbər lenti
Bütün xəbərlər