KANAL24.AZ
Az Iw En Ru

“Facebook” bu profilləri bağlayacaq - XƏBƏRDARLIQ

   Məşhur sosial şəbəkə olan “Facebook” saxta profillərə qarşı istifadəçiləri bildirişlərlə xəbərdar edəcək.

Bu barədə bildiriş alan şəxs həmin saxta profilin bağlanmasına vəsilə ola biləcək. Beləliklə, saxta profillər yavaş-yavaş aradan qalxacaq.

"Facebook", eyni zamanda, istifadəçilərin profilində olan şəkil və məlumatların kopyalanması ilə bağlı da onlara bildiriş göndərəcək. Həmçinin, profil sahibindən şəkil və məlumatları istifadə etdiyi hesabının yoxlamasını istəyəcək. Yeni açılan profilin saxta olması ilə bağlı bildiriş profilin əsil sahibinə gedəcək və həmin profilin saxta olduğu işarələnəcək. Bundan sonra isə prosedurların həyata keçirilməsi üçün “Facebook” rəhbərliyinə xəbər veriləcək.

Qeyd edək ki,“Facebook” bu cür addımlar atmaqla sosial şəbəkələrdə yaranmış saxta profillərə son qoymaq niyyətindədir.


23:54 23.03.2016
Xəbər lenti
Bütün xəbərlər