KANAL24.AZ
Az Iw En Ru

İki terror hadisəsindən sağ çıxan gənc Brüsseldəki partlayışda yaralanıb

Boston və Parisdə baş verən terror aktlarında sağ qalan amerikalı gənc Brüssel aeroportundakı partlayışda yaralanıb.

Bu barədə onun valideynləri ABC telekanalına müsahibəsində bildiriblər. ABŞ-ın Yuta ştatından olan 19 yaşlı Meyson Uells artıq üçüncü dəfədir terror hadisəsinin mərkəzində olur. Birinci dəfə o, 2013-cü ildə Boston marafonu zamanı, ikinci dəfə ötən il Parisdə baş verən terror aktlarından sağ çıxıb.

Bu dəfə isə partlayışlar onu Brüssel hava limanında haqlayıb. O, ayağından qəlpə yarası, üz və əllərindən yanıq xəsarətləri alıb.

Qeyd edək ki, ötən gün Brüssel aeroportu və metro stansiyasında baş verən partlayışlarda 34 nəfər həlak olub, 200 nəfər yaralanıb.


17:03 23.03.2016
Xəbər lenti
Bütün xəbərlər