KANAL24.AZ
Az Iw En Ru

23 mart - Ümumdünya Meteorologiya Günüdür

Hər il 23 mart tarixində Ümumdünya Meteorologiya Təşkilatı və onun üzvü olan 188 ölkədə Ümumdünya Meteorologiya günü qeyd edilir. 1993-cü il 3 sentyabr tarixində ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulması barədə qərar verib və qeyd edib: “Azərbaycanın Ümumdünya Meteorologiya Təşkilatının sıralarına qoşulması təbiidir, çünki biz özümüzü dünyanın bir hissəsi hesab edirik”.

Bu gün hidrometeorologiya xidmətinin əsas vəzifələrindən biri hidrometeoroloji proseslərdən dəyən zərərləri minimuma endirmək üçün atmosfer və hidrosfer üzərində qlobal müşahidə sistemlərini genişləndirmək, burada baş verən hər hansı dəyişmələri proqnozlaşdırmaq və bununla da sabit iqtisadi inkişafa xidmət etməkdir.

Hazırda ölkənin hidrometeoroloji şəbəkəsi özündə 83 hidrometeoroloji və radiometeoroloji stansiya, 141 hidroloji, aviameteoroloji, dəniz, aqrometeoroloji, aeroloji müşahidə məntəqəsini birləşdirir. 13 meteoroloji stansiya qlobal və regional müşahidə sisteminə, 18 stansiya isə iqlim üzrə qlobal müşahidə sisteminə cəlb edilib.


21:03 23.03.2016
Xəbər lenti
Bütün xəbərlər