KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı qız Rusiyada ən gözəl tələbə seçildi

18 yaşlı azərbaycanlı qız Kəmalə Məmmədova Rusiyada "Miss tələbə - 2016" gözəllik müsabiqəsinin qalibi olub.

Kəmalə Novokuybışevsk tibb kollecinin tələbəsidir.

"Novokuybışevsk Miss tələbə - 2016" gözəllik yarışında qızlar 3 mərhələdə mübarizə aparıblar. İlk mərhələdə qızlar özləri haqda, bacarıqları və hobbiləri barədə danışıblar. İkinci mərhələdə - yaradıcı nömrələr göstərib, üçüncü mərhələdə isə iştirakçılar səhnəyə axşam paltarlarında çıxıblar. 

Müsabiqənin əsas "miss" tituluna Bakıdan olan cazibədar Kəmalə Məmmədova layiq görülüb. 


02:33 23.03.2016
Xəbər lenti
Bütün xəbərlər