KANAL24.AZ
Az Iw En Ru

Yuxuda yemək gördü, öz qolunu yedi...

Çinin Çjeçzyan adlı bölgəsində yaşayan kişi yuxusunda ləziz bir yemək gördüyü üçün özünə xətər yetirib. 
 
Belə ki, yuxusuna dadlı donuz ayağı girən çinli özünü saxlaya bilmədiyi üçün qolunu şiddətlə dişləyib. Qonaq qaldığı qohumu isə səsə ayılıb və qohumunun öz qolunu necə qanatdığını görüb, dərhal onu həkimə aparıb.
 
Bu barədə lenta.ru saytı “South China Morning Post”a istinadən xəbər verir. Həkim isə bildirib ki, xəstə qolunun dərisini qoparıb, nəticədə isə güclü qanaxma başlanıb. Evində qonaq qaldığı xalası qızı isə əvvəlcə onun intihar etməsindən şübhələnib. Amma kişi həm polislərə, həm də həkimlərə bunun belə olmadığını deyib və yuxusundan danışıb. O, hətta lunatiklikdən (yuxuda gəzmə) əziyyət çəkdiyini vurğulayıb. Yerli media onun kimliyini, yaşını, eləcə də yarasının nə dərəcədə dərin olduğunu yazmayıb

05:50 20.03.2016
Xəbər lenti
Bütün xəbərlər