KANAL24.AZ
Az Iw En Ru

Sahibkarların maarifləndirilməsi davam etdirilir

Martın 18-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və İstehlak Mallarının Ekspertizası Mərkəzinin birgə təşkilatçılığı, Tərtər rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tərtərdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Kanal24.az-a verilən məlumata görə, “Potensial ixracatçılara ixrac zamanı güzəştlərin tətbiqi”, “Biznesin əsasları, təşkili və idarə edilməsi”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən treninqdə ixrac sahəsində mövcud qanunvericilik, mövcud və yeni ixrac bazarları, məhsul ixracatçılarına tətbiq edilən güzəştlər, biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, biznes ideyanın formalaşdırılması, biznes planın tərtib edilməsi və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.


04:31 19.03.2016
Xəbər lenti
Bütün xəbərlər