KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan neft və qaz hasilatını azaltdı

Dövlət Statistika Komitəsi məlumat yaydı.

 

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 6,9 milyon ton xam neft hasil olunub.  Neft hasilatı ötən ilin müvafiq dövründən 1,4% az olub. 

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Bu ilin iki ayında 4,9 milyard kubmetr həcmində təbii qaz hasil olunub ki, onun da 3,2 milyard kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Qaz hasilatı ötən ilin iki ayına nisbətən 2,5% artıb, əmtəəlik qaz hasilatı isə 8,3% azalıb.


18:58 18.03.2016
Xəbər lenti
Bütün xəbərlər