KANAL24.AZ
Az Iw En Ru

On iki illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam edir

Sumqayıt şəhərində 12 illik ümumi təhsilə keçidlə bağlı “dəyirmi masa” təşkil olunub.

Təhsil Nazirliyindən Kanal24.az-a bildiriblər ki, bu qurumun rəhbər işçilərinin, Sumqayıt Şəhər Təhsil Şöbəsi əməkdaşlarının, müəllim və valideynlərin iştirak etdikləri tədbirdə 12 illik ümumi təhsilin üstünlükləri, bu sahədə dünya təcrübəsi, prosesə hazırlıqla əlaqədar atılacaq zəruri addımlar, ümumi təhsilin yeni modelinə keçidlə bağlı əsas hədəflər barədə məlumat verilib.

Çıxış edənlər 12 illik ümumi təhsilə keçidlə bağlı XXI əsrin tələbləri və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla məzmunun və tədris yükünün optimal müəyyənləşdirilməsi, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, peşə təhsili imkanlarının artırılması zərurəti və s. barədə təkliflər səsləndiriblər.


04:22 17.03.2016
Xəbər lenti
Bütün xəbərlər