KANAL24.AZ
Az Iw En Ru

Yaponiyanın İNPEX şirkəti BANM-də təlim keçib

Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın İNPEX şirkəti tələbələr üçün təlim keçirib.

BANM-dən Kanal24.az-a bildiriblər ki, təlimdən əvvəl bu ali məktəbin rektoru Elmar Qasımovun İNPEX Korporasiyasının vitse-prezidenti Akihiko Kuraşinanın başçılıq etdiyi nümayəndə heyəti, Vaseda Universitetinin sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara, həmçinin SOCAR UPSTREAM şirkətinin nümayəndə heyəti ilə görüşü olub.

Görüşdə E.Qasımov professor M.Kuriharanın mühazirəsinin tələbələr üçün çox faydalı olacağına əminliyini bildirib. Qeyd olunub ki, Yaponiya təhsil və istehsalatda əldə etdiyi nailiyyətləri ilə nümunədir. Yaponiyalı alimin mühazirəsi nəzəri və təcrübi bilikləri birləşdirərək praktik biliklər əldə etməkdə tələbələrə kömək göstərəcək.

Rektor SOCAR UPSTREAM şirkətinin və İNPEX Korporasiyasının rəhbərliyinə bu görüşün təşkilində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Görüşdən məmnunluğunu bildirən professor M.Kurihara BANM-ə ötənilki səfəri zamanı keçirilən görüşün xoş təəssüratlarla yadda qaldığını söyləyib. O, görüşü gələcək əməkdaşlığın ilk addımı kimi dəyərləndirib, bu əlaqələrin davam edəcəyinə inamını ifadə edib.

Tələbələrlə keçirilən görüşdə A.Kuraşina İNPEX şirkəti haqqında təqdimatla çıxış edib.

Sonra professor M.Kurihara tələbələrə “Kəşfiyyat və hasilat üzrə” asan əldə edilən neft-qaz”, eləcə də “Neftçıxarma əmsalının artırılması, ətraf mühitə zərər vurmadan qeyri-ənənəvi neft və qaz yataqlarının (çətin əldə olunan neft-qaz) işlənməsi” mövzularında mühazirə söyləyib.

Tələbələrin sualları cavablandırılıb.


04:04 17.03.2016
Xəbər lenti
Bütün xəbərlər