KANAL24.AZ
Az Iw En Ru

“Çinşünaslığın Azərbaycan məktəbi” kitabının təqdimatı olub

Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Çin dili və mədəniyyəti mərkəzinin elmi-maarifləndirici fəaliyyətinə həsr edilən “Çinşünaslığın Azərbaycan məktəbi” kitabının təqdimatı olub.

ADU-dan Kanal24.az-a bildiriblər ki, tədbirdə mərkəzin müdiri, professor Rafiq Abbasov Çin dilinin öyrənilməsində, Çinin müasir siyasəti, iqtisadiyyatı, tarixi və mədəniyyətinin təbliğində görülən işlər barədə məlumat verib. Mərkəz tərəfindən ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Ulu Öndərin Azərbaycan-Çin münasibətlərinin çoxtərəfli inkişafındakı fəaliyyətinə həsr olunan elmi seminarların mütəmadi keçirildiyi diqqətə çatdırılıb.

ADU-nun Çin dili müəllimləri Könül Abbasova və Ayguli Imamuaçi Çin dili və mədəniyyəti mərkəzinin yaradılmasının tarixi, mərkəz tərəfindən keçirilən ənənəvi Çin bayramları, bu ölkənin ədəbiyyatı və incəsənətinə həsr olunan tədbirlər barədə məlumat veriblər.

Tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Yuy Xunçi Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyətini yüksək dəyərləndirib. Ölkələrimiz arasındakı hərtərəfli iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri ilə bağlı keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib.


03:24 17.03.2016
Xəbər lenti
Bütün xəbərlər